Honkonq “delta” ştamına görə Böyük Britaniyadan sərnişin qəbulunu dayandırır
Pekin, 29 iyun, AZƏRTAC
Çinin Honkonq xüsusi inzibati ərazisi COVID-19 virusunun təhlükəli ştamı olan “delta”ya görə Böyük Britaniyadan sərnişin təyyarələrinin qəbulunu dayandırır.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, inzibati ərazi hökuməti Böyük Britaniyanı epidemik vəziyyət baxımından yüksək riskli ölkə elan edib. Qərara əsasən, Böyük Britaniyada 2 saatdan çox olan sərnişinlərin istənilən məntəqədən Honkonqa uçan təyyarəyə minməsi qadağan edilib.
Honkonq hökumətinin bu qərarı Böyük Britaniyada epidemik vəziyyətin pisləşməsi və COVID-19 virusunun “delta” variantının bu ölkədə geniş yayılmasıdır. Artıq Böyük Britaniyadan Honkonqa gələn bir neçə sərnişində də “delta” ştamı aşkarlanıb. Bundan əvvəl Braziliya, Hindistan, İndoneziya, Nepal, Pakistan, Filippin və Cənubi Afrika Respublikası yüksək riskli ölkələr siyahısına daxil edilib.
Qeyd edək ki, ilk dəfə Hindistanda aşkar edilən COVID-19 infeksiyasının “delta” ştamı artıq dünyanın 100-ə yaxın ölkəsində yayılıb. Bu ştamın yüksək yoluxuculuğu virusun canlı qalmasına və daha sürətli templə yayılmasına səbəb olur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]