HTP çərçivəsində 10 Qazaxıstan vətəndaşı Azərbaycan universitetlərinə qəbul olunub
Bakı, 21 oktyabr, AZƏRTAC
2026-2027-ci tədris ilində Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində 10 Qazaxıstan vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq.
Bu barədə AZƏRTAC-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, tələbələr Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında saziş çərçivəsində təhsil hüququ qazanıblar. Onlar Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, ADA Universiteti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil alacaqlar. Tələbələrin qəbul olunduqları proqramlar humanitar və sosial elmlər, iqtisadiyyat və idarəetmə, tibb, mədəniyyət və təhsil sahələrini əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [16:48]
Gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsinə başlanılır
- 29.10.2026 [16:42]
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub
- 29.10.2026 [16:18]
BDU-da elmi-tədqiqat layihələri müsabiqəsinin 15 qalibi müəyyənləşib
- 29.10.2026 [15:34]
BMU-da elmi seminarda IceCube neytrino rəsədxanası barədə məlumat verilib
- 29.10.2026 [14:33]
Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb
- 29.10.2026 [14:25]