Hulusi Akar və Lloyd Ostin arasında telefon danışığı olub
Bakı, 6 aprel, AZƏRTAC
Türkiyənin müdafiə naziri Hulusi Akar və amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər NATO, ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Həmçinin “F-16” tədarükü və onun modernləşdirilmə layihəsinin sürətli və müsbət nəticələnməsinin önəmi qeyd edilib.
Hulusi Akar ölkəsinin NATO-nun açıq qapı siyasətini hər zaman dəstəklədiyini, Finlandiyanın üzvlüyünün bunu bir daha göstərdiyini, İsveçin də ən qısa zamanda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümid etdiyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]