Humanitar yardım daşıyan daha 144 yük maşını Qəzzaya daxil olub
Bakı, 17 noyabr, AZƏRTAC
Beynəlxalq humanitar yardım daşıyan ən azı 144 yük maşını cümə axşamı günü Rəfah keçidi vasitəsilə Qəzza zolağına daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərin Koordinasiyası İdarəsi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, yük maşınları müvəqqəti saxlama məntəqəsinin fəaliyyəti üçün su, ərzaq, tibbi avadanlıq və ilkin tələbat malları gətirib.
Anklava daxil olan yük maşınlarının 88-də ərzaq (1765 ton), 21-də tibbi avadanlıq (198 ton), 18-də su (340 ton), 7-sində ilkin tələbat malları (110 ton), 10-da isə qarışıq yüklər (192 ton) olub.
Qeyd edək ki, Qəzza zolağına humanitar yardımın çatdırılması Yaxın Şərqdə münaqişənin gərginləşməsinin başlamasından iki həftə sonra oktyabrın 21-də başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:44]
İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib
- 05.10.2026 [12:29]
Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir
- 05.10.2026 [12:06]
Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb
- 05.10.2026 [11:29]