Hüquq müdafiəçisi: Ermənistanda xalqımıza qarşı müharibə cinayətləri törədən fərdlərin cinayət məsuliyyəti mövcuddur
Bakı, 11 iyun, AZƏRTAC
Biz Qərbi Azərbaycanda dağıdılmış mədəni irs, o cümlədən dini obyektlər, dəyişdirilmiş toponimlər və deportasiya məsələləri ilə əlaqədar hesabatlar hazırlayırıq. Buna paralel, onları Ermənistanın BMT-nin orqanlarına verdiyi hesabatlara cavab olaraq qurumun veb-səhifələrində yerləşdirməyə nail oluruq. Eyni zamanda, BMT-nin Cenevrə ofisində keçirilən sessiyalarında iştirak edərək, brifinqlər keçirərək Azərbaycan həqiqətlərini beynəlxalq müstəviyə çıxarırıq. Son 2 ildə biz üç komitənin yekun müşahidə sənədlərinə xüsusi fəsillərin daxil edilməsinə nail olmuşuq. Bu, çox vacib məsələdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov söyləyib.
O bildirib ki, Ermənistanın dövlət olaraq Azərbaycan qarşısında hüquqi və maddi-siyasi məsuliyyəti var. Ermənistanda xalqımıza qarşı müharibə cinayətləri törədən fərdlərin də cinayət məsuliyyəti mövcuddur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]
Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib
- 29.09.2026 [12:04]
Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb
- 29.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]