Hüquq müdafiəçisi: Fransa Konstitusiyasının Qəmər adaları ilə bağlı 53-cü maddəsi saxtalaşdırılıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Fransa Konstitusiyasının Qəmər adaları ilə bağlı 53-cü maddəsi saxtalaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə sentyabrın 3-də Bakıda keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfransda Qəmər Adaları İttifaqının təmsilçisi, hüquq müdafiəçisi Mohamed Rafsandjani Hassani deyib.
O bildirib ki, bu, Fransa tərəfindən Qəmər adalarının qanunsuz olaraq zəbt edilməsi deməkdir.
Mayotun Fransaya birləşdirilməsi və qəmərlilərə vurulmuş ziyandan danışan Hassaninin sözlərinə görə, məhz 53-cü maddəyə əsasən, Mayot adası Fransaya inteqrasiya edilməyib. Bu da Fransanın adaları işğal etməsinin sübutudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]