Hüquqi şəxslər əhaliyə 916,6 milyon manatlıq xidmət göstərib
Bakı, 17 mart, AZƏRTAC
Yanvar-fevral aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,1 faiz azalaraq 1 milyard 213,4 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 916,6 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 75,5 faizini təşkil edib. Cari ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 121,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 20,5 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]