HÜSEYNBALA MİRƏLƏMOVUN “GƏLİNLİK PALTARI” KİTABI TÜRKİYƏDƏ NƏŞR OLUNMUŞDUR
Tanınmış yazıçı, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun 2004-cü ildə çapdan çıxmış, mənəvi-əxlaqi dəyərlərimizin qorunub saxlanmasına çağıran “Gəlinlik paltarı” kitabı oxucular tərəfindən rəğbət və məhəbbətlə qarşılanmışdır. Kitab bu günlərdə türk dilində də çap olunmuşdur. İstanbuldakı “Qri Yayınevi” nəşriyyatında nəşr edilmiş əsəri türk dilinə Yasamən Bayer çevirmişdir.
Əsərin mövzusu müasirlərimizin həyatında baş verən acı həqiqətlərdən, ailə münasibətlərindən, milli dəyərlərimizə kölgə salan mənəviyyat dəllallarının əməllərindən və var-dövlət düşgünlərinin aqibətindən götürülmüşdür.
Ümidvarıq ki, kitab türkiyəli oxucular tərəfindən də maraqla qarşılanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr
- 08.10.2026 [14:45]
“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ
- 08.10.2026 [14:04]
“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat
- 08.10.2026 [12:20]
Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO
- 08.10.2026 [12:05]