Husilər ABŞ-ın hərbi obyektlərini qanuni hədəf kimi müəyyənləşdiriblər
Bakı, 13 yanvar, AZƏRTAC
Yəmən husiləri ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərini qanuni hədəfləri kimi müəyyənləşdiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının mətbuat xidməti rəhbərinin müavini Nəsrəddin Amer “Əl-Cəzirə” kanalına müsahibəsində bildirib.
“Amerikanın bölgədəki mövcudluğu qeyri-qanunidir, ona görə də biz ABŞ-ın hərbi obyektlərini qanuni hədəfimiz hesab edirik”, - deyə N.Amer bildirib.
O, həmçinin Yəmənə raket hücumunda iştirak edən ABŞ-ı və Böyük Britaniyanı tez cavab veriləcəyi ilə hədələyib. Nəsrəddin Amer deyib ki, Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında ABŞ hərbi gəmilərinin mövcudluğu normal vəziyyət sayıla bilməz. Bu baxımdan husilər o gəmilərə hücum etməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]