Azərbaycan Dövlət İnformasiya Agentliyi

I rübdə azad olunmuş ərazilərə xərclənən vəsaitin 7 faizi turizm infrastrukturunun yaradılmasına yönəldilib

I rübdə azad olunmuş ərazilərə xərclənən vəsaitin 7 faizi turizm infrastrukturunun yaradılmasına yönəldilib

Bakı, 22 aprel, AZƏRTAC

2026-cı ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9598,6 milyon manat, xərcləri 7817,1 milyon manat olub, 1781,5 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2026-cı ilin I rübü üzrə dövlət büdcəsinin gəlirləri 9140,1 milyon manat proqnoza qarşı 9598,6 milyon manat və yaxud 458,5 milyon manat (5 faiz) çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin 24,9 faizinə bərabərdir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 7,7 faiz çox icra edilməklə 6388,6 milyon manat təşkil edib.

Dövlət büdcəsinin gəlirlərinin 4702 milyon manatı və ya 49 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3210 milyon manatı və ya 33,4 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1410,1 milyon manatı və ya 14,7 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 163,5 milyon manatı və ya 1,7 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 13,8 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 99,2 milyon manatı və ya 1,1 faizi sair daxilolmaların payına düşür.

2026-cı ilin I rübündə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 472,5 milyon manat və ya 11,2 faiz, gömrük orqanlarının xətti ilə 5,1 milyon manat və ya 0,4 faiz çox, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə, digər daxilolmalar üzrə 19,1 milyon manat və ya 6,5 faiz az icra edilib.

Dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 2026-cı ilin I rübü üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 57,7 faizini təşkil etməklə 5533,7 milyon manat olub ki, bu da proqnozla müqayisədə 446,1 milyon manat və ya 8,8 faiz çoxdur.

Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 69,5 faizini və ya 3847,1 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 25,5 faizini və ya 1410,1 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3 faizini və ya 163,5 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 1,8 faizini və ya 99,2 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 13,8 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edir.

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4064,9 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 12,4 milyon manat və ya 0,3 faiz çoxdur.

2026-cı ilin I rübündə dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21 faizi və ya 854,9 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 79 faizi və ya 3210 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 48,8 faizi və ya 417,4 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər və digər ödənişlər üzrə, 37,4 faizi və ya 319,5 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 13,8 faizi və ya 118 milyon manatı “Azəri-Çıraq-Günəşli” yatağı üzrə mənfəət vergisi hesabına olub.

Cari ilin I rübündə dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə təşkilatlarının və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

2026-cı ilin I rübündə dövlət büdcəsinin xərcləri 7817,1 milyon manat məbləğində icra edilməklə illik proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 18,7 faizinə bərabər olub.

Cari ilin I rübündə dövlət büdcəsi xərclərinin 5762,5 milyon manatı və ya 73,7 faizi cari xərclərə, 1530,4 milyon manatı və ya 19,6 faizi əsaslı xərclərə, 524,2 milyon manatı və ya 6,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib.

Bu ilin I rübündə dövlət büdcəsi xərclərinin 54,1 faizi və ya 4227,8 milyon manatı sosialyönlü xərclərin (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) maliyyələşdirilməsinə yönəldilib.

2026-cı ilin I rübündə funksional təsnifata uyğun olaraq sosial müdafiə və sosial təminat xərcləri 1315,8 milyon manat, kənd təsərrüfatı xərcləri 308,7 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 1206,8 milyon manat, təhsil xərcləri 1013,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclər 654,8 milyon manat, səhiyyə xərcləri 366,6 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 105 milyon manat, iqtisadi fəaliyyət xərcləri 1231,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 1288,5 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 47,5 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 55,1 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərclər 223,2 milyon manat icra edilib.

2026-cı ilin birinci rübündə iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi xərcləri 2458,2 milyon manat, qeyri-maliyyə aktivləri 1492,1 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 1143,7 milyon manat, qrantlar və digər ödənişlər 1015,3 milyon manat, sosial ödənişlər 804,1 milyon manat, subsidiyalar 320,2 milyon manat, öhdəliklər üzrə əməliyyatlar 269,5 milyon manat, faizlər üzrə ödənişlər 269,1 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlar 38 milyon manat, dövlət icbari şəxsi sığorta xərcləri 6,9 milyon manat icra edilib.

2026-cı ilin I rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində illik nəzərdə tutulmuş vəsaitin 13,5 faizi həcmində və ya 365,4 milyon manat vəsait sərf olunub.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2026-cı ilin I rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 11 faizi həcmində və yaxud 386,2 milyon manat vəsait istifadə olunub. Həmin vəsaitin 355,2 milyon manatı infrastruktur təyinatlı layihələrin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 185 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 142,2 milyon manat, turizm infrastrukturunun yaradılması və digər tədbirlərin icrası üçün 28 milyon manat), 10,7 milyon manatı səhiyyə və mədəniyyətyönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 20,3 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi üzrə xərclərə yönəldilib.

2026-cı ilin I rübündə bəzi xərclərin maliyyə təminatı üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 0,9 milyon manat, cəm olaraq 6,8 milyon manat vəsait istifadə olunub.

2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2457,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. Operativ məlumatlara əsasən cari ilin I rübündə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili borc üzrə 132,5 milyon manat (faiz borcu üzrə), xarici borc üzrə 391,7 milyon manat olmaqla (əsas borc üzrə 269,5 milyon manat, faiz borcu üzrə 122,2 milyon manat), ümumilikdə 524,2 milyon manatın ödənilməsi təmin edilib.

Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2026-cı il 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 4689,3 milyon dollar təşkil edib. Operativ məlumatlara əsasən, 2026-cı il 1 aprel tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,1 faizini təşkil edir.

Operativ məlumatlara əsasən daxili dövlət borcunun səviyyəsi 2026-cı il 1 aprel tarixinə 16492,9 milyon manat olmaqla cari il üzrə proqnozlaşdırılan ÜDM-in 12,6 faizini təşkil edir.

2026-cı ilin yanvar-mart aylarında icmal büdcənin gəlirləri 8852,8 milyon manat, xərcləri isə 9060,8 milyon manat səviyyəsində icra olunub. İcmal büdcədə 208 milyon manat büdcə kəsiri (defisit) yaranıb.

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 2131,8 milyon manat, xərcləri 2052,9 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 58,9 milyon manat, xərcləri 38,4 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 569,3 milyon manat, xərcləri 454,6 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 1007,9 milyon manat, xərcləri 3217,1 milyon manat məbləğində icra olunub.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 104,4 milyon manat, xərcləri 98,8 milyon manat təşkil edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb

AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin

İlhamə Qədimova: Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir

ADSEA rəsmisi: Müasir suvarma texnologiyalarının tətbiqi sahəsinin 300 min hektara çatdırılması nəzərdə tutulur

İlham Bayramov: Aqrar sektorun gələcək inkişafı su və torpaq ehtiyatlarından maksimum səmərəliliklə istifadə ilə təmin edilməlidir

Külli miqdarda narkotik vasitənin PUA vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib

Kənd təsərrüfatı fəaliyyətinə mane olan yaşıllıqların götürülməsinə icazə veriləcək

Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb

Şuşa şəhərinin ərazisində yerləşən abidələrlə bağlı qanun sərtləşdirilir

Ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı açıqlanıb

Ağdaşda regional müşavirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunub - YENİLƏNİB VİDEO

Ağdaşda regional müşavirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunub - YENİLƏNİB VİDEO

Qlobal temperatur artımının 4 il ərzində 1,5 dərəcə həddini keçə biləcəyi proqnozlaşdırılır

Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir

ADSEA: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir

Azərbaycan “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulur

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib

Nazir: Balıqçılıq sahəsinin inkişafı ölkədə yeni istehsal zəncirinin formalaşmasına töhfə verəcək

Böyük Britaniya əhalisinin yarısı “Brexit” üzrə ikinci referendumun keçirilməsini istəyir

Orta Dəhliz və nəqliyyat layihələri Gürcüstan-Qırğızıstan danışıqlarında müzakirə olunub

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs edilib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyun ayının pensiyaları ödənilib

Göygöldə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib YENİLƏNİB

Gənclər Kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Türk siyasi şərhçi: Şuşa Bəyannaməsi ortaq geosiyasi baxışı hüquqi müstəviyə daşıyıb

İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub

® “Azerconnect Group” İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq edəcək

Müstəqilliyimizin memarı!!!

Qarabağ və Şərqi Zəngəzurda 6876 hektar sahədə 43 investisiya layihəsi icra olunur

Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə test imtahanı keçirilib

Aqrar sektorda rəqəmsallaşma genişlənir və sığorta sistemi gücləndirilir

Nazir: Azad edilmiş ərazilərdə 83 min hektardan çox torpaq dövriyyəyə qaytarılır

İcra Xidmətinin rəis müavini: Xüsusi icra institutu mərhələli tətbiq edilir

15 İyun – yalnız tarix deyil, qurtuluş rəmzidir

Məcnun Məmmədov: Müasir suvarma sistemləri tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq

Azad edilmiş ərazilərdə 49,9 min hektarda taxıl əkini aparılıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Məcnun Məmmədov: Mal əti üzrə tam özünütəminata nail olmaq əsas hədəflərdəndir

“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub

Hesablama Palatasının sədri: Dövlət büdcəsi gəlirləri müstəqillik dövrünün ən yüksək həddinə yüksəlib

“Heydər Əliyev: Halın tərcüməsi” sənədli filminin təqdimatı olub

Azərbaycanda bağçalara cəlb edilən uşaqların sayı açıqlanıb

İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib

Sahil Babayev: Beynəlxalq əməkdaşlıq və diplomatik fəaliyyətə 655 milyon manat xərclənib

“BilBacar” müsabiqəsinin final mərhələsi yekunlaşıb

Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktura 4 milyard manat vəsait yönəldilib

Sahil Babayev: Sosialyönlü xərclərə 15,3 milyard manat yönəldilib

2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində aqrar sektora 6 milyard manat investisiyanın cəlb edilməsi planlaşdırılır

Fərqliliyini işığa çevirən Anara Məmmədova: Xarici görkəmimi maraqla və rəğbətlə qarşılayırlar VİDEO

Fərqliliyini işığa çevirən Anara Məmmədova: Xarici görkəmimi maraqla və rəğbətlə qarşılayırlar VİDEO

Vahid Hacıyev: Yeni Dövlət Proqramı intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək

Maliyyə naziri: Dövlət borcu ÜDM-in 18,4 faizinədək azalıb

Şərqi Zəngəzurda pilot istixana aqroparkı yaradılacaq

Qazaxıstanda Türk Dünyası Qadınlarının Əməkdaşlıq Akademiyasının təqdimatı olub

Nazir: Buğda üzrə özünütəminat səviyyəsinin artırılması əsas prioritetlərdəndir

“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə ilk seminar

Agentlik: Ölkə üzrə 4 min 194 ümumtəhsil məktəbi fəaliyyət göstərir

Ötən il cari xərclərin 92 faizi qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına qarşılanıb

İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib

Bu ilin beş ayında əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Pakistanda polisə hücum olub: ölənlər var

Maliyyə naziri: Məcmu valyuta ehtiyatlarının səviyyəsi makroiqtisadi sabitliyin mühüm təminatıdır

Yaqub Qurbanov: Xüsusi icra məmurları da məcburi icra orqanı statusuna malikdirlər

Nahid Bağırov: Məqsədimiz torpaqdan yüksək və keyfiyyətli məhsul götürmək, daxili bazarı qorumaqdır

“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb

“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir

Vüqar Novruzov: Göygöl rayonunda üzüm istehsalı 28,6 faiz artıb

Fransa 2027-ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

Vahid Hacıyev: Son illərdə 169 min hektardan çox torpaq yenidən əkin dövriyyəsinə cəlb olunub

Nazir: 2025-ci ildə dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun şəkildə icra edilib

Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsi hesabatını təsdiqləyib

Xəyyam Məmmədov: Qarabağ suvarma kanalı vasitəsilə 115 min hektara yaxın əkin sahəsinin suvarılması mümkün olacaq

Qızılın qiyməti həftəni 3,5 faizlik itki ilə tamamlayır

Əli Əhmədov: Qurtuluş məfkurəsi Azərbaycanın gələcəyinə istiqamət verir

Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb

İcra başçısı: Ötən il İsmayıllıda 31 min hektar əkin sahəsindən 96 min ton taxıl məhsulu əldə olunub

Rəis müavini: "Xüsusi icra məmurları haqqında" Qanundan gözlənti daha sürətli, əlçatan və effektiv icra mühitinin formalaşdırılmasıdır

Aqrar Xidmətlər Agentliyi istixanalarda və saxlanılma yerlərində fumiqasiya tədbirləri aparır

Sədr müavini: Qərb regionunda 32 subartezian quyusunun təmiri nəzərdə tutulur

Şəki Dövlət Peşə Təhsil Mərkəzi əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlayır

Yeni Dövlət Proqramında dəstək mexanizmlərindən biri də aqrar kredit faizlərinin subsidiyalaşdırılmasıdır

Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb

On ildə Ağdaşda kənd təsərrüfatı məhsullarının həcmi 217 faiz artıb

Nazir müavini: 2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur

Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb

Sahibə Qafarova: Ulu Öndərin dövlətçilik konsepsiyası xalqın uzunmüddətli strateji maraqlarına əsaslanır

Bəzi yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Zaur Əliyev: DAİM-lərin regional əsasda idarəetməyə keçidi planlaşdırılır

Tədqiqat: İsveçdə ana olmaqdan şüurlu şəkildə imtina edən qadınlara qərəzli münasibət göstərilir

Heydər Əliyev Beynəlxalq Aeroportundan 40-a yaxın aviaşirkət tərəfindən aviareyslər həyata keçirilir

Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirə işə başlayıb VİDEO

Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirə işə başlayıb VİDEO

ADSEA sədri görülən və planlaşdırılan işləri açıqlayıb

Alimlər xəbərdarlıq edirlər: Dünyanı ekstremal hava hadisələri gözləyir

FAO mütəxəssisi: Azərbaycanın yeni kənd təsərrüfatı proqramı kifayət qədər əhatəli xarakter daşıyır

ABŞ NATO-ya təqdim etdiyi qırıcıların sayını azaltmağı planlaşdırır

Zaur Mikayılov: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir

Yaponiyada ölümcül gənə virusunu bir neçə saata aşkar edən test hazırlanır

Nazir müavini: 480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

“Goldman Sachs” neft qiymətlərinə dair proqnozunu aşağı salıb