İÇƏRİŞƏHƏRDƏ BEYNƏLXALQ “YER GÜNÜ” MÜNASİBƏTİLƏ AKSİYA KEÇİRİLMİŞDİR
Bakı, 22 aprel (AZƏRTAC). “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə Beynəlxalq “Yer Günü”münasibətilə aksiya keçirmişdir.
Belə ki, İçərişəhər əhalisi, burada fəaliyyət göstərən təşkilatlar və qoruğun qonaqları arasında maarifləndirmə işləri aparılmış, müxtəlif maarifləndirici təşviqat materialları paylanmışdır.
Üzvi və qeyri-üzvi tullantıların ayrılıqda toplanması təşkil edilmiş, bu məqsədlə qoruq ərazisində izahedici stendlər quraşdırılmış, iki fərqli rəngdə konteynerlər qoyulmuş, əhali ikiseksiyalı zibil qutuları ilə təmin olunmuşdur.
Sakinlər və qonaqlar tullantıların çeşidlənməsi prosesində fəal iştirak etmiş, aksiyanın ən fəal iştirakcılarına gül şitilləri paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]