İcma: “Azərbaycana UNESCO missiyası getsin, amma Ermənistana olmaz” yanaşması irqçi mövqedir
Bakı, 29 yanvar, AZƏRTAC
Ermənistan xarici işlər nazirinin müavininin ölkəsinin Qarabağa UNESCO missiyasının göndərilməsi istiqamətində səyləri barədə səsləndirdiyi fikirlər bu dövlətin hələ də Azərbaycanın suverenliyini təhdid etdiyini, ardıcıl mövqeyinin olmadığını göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.
Vurğulanıb ki, Ermənistan digər suveren ölkənin daxili işlərinə qarışmamalı, özünə aid məsələ ilə məşğul olmalı və bu xüsusda, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin acınacaqlı vəziyyətinin araşdırılması məqsədilə UNESCO missiyasının səfərinə razılıq verməlidir. “Azərbaycana UNESCO missiyası getsin, amma Ermənistana olmaz” yanaşması təkəbbürlü və irqçi mövqedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]