İCMALARDA QADIN VƏ GƏNCLƏR QRUPU
ABŞ-ın İnkişaf və Yardım Agentliyinin Ağcabədidəki təhsil mərkəzinin icma səhiyyə inkişafı Proqramı əhalinin tibbi biliklərini artırmaq məqsədilə 4 rayonun 12 icmasında qadın və gənclər qrupu yaratmışdır.
İcma səhiyyə inkişafı Proqramının direktoru Kəmalə Ağayeva AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, məqsədimiz uşaq ölümünün qarşısını almaqdır. Anaların qruplarda aldıqları tibbi məlumatlar uşaqların sağlam böyümələrinə imkan verəcəkdir.