İctimai şura üzvü: Azərbaycanda uşaqların cinsə görə seçilməsi demoqrafik tarazlığı pozur
Bakı, 11 iyul, AZƏRTAC
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanda son onilliklərdə doğulan hər 100 qıza 112–115 oğlan düşür. Bu göstərici təbii bioloji normadan əhəmiyyətli dərəcədə yüksəkdir və cinsi selektivliyin, yəni cinsə görə abortların mövcudluğuna işarə edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın üzvü Məryəm Məcidova bu gün Bakıda keçirilən 11 İyul - Ümumdünya Əhali Gününə həsr olunmuş müzakirə zamanı səsləndirib.
O qeyd edib ki, tədqiqatlara görə, son 20 ildə on minlərlə qız uşağı yalnız cinslərinə görə doğulmayıb: “Bu, təkcə demoqrafik tarazlığı pozmaqla kifayətlənmir, eyni zamanda, gələcəkdə ailə qurmaqda çətinliklər, gender zorakılığı və insan alveri kimi sosial təhlükələrin də əsasını qoyur”, - deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:43]
Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir
- 30.09.2026 [12:41]
AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:23]