Azərbaycan Dövlət İnformasiya Agentliyi

İctimaiyyət nümayəndələri və media təmsilçiləri Bərdə Peşə Liseyində yaradılan şəraitlə tanış olublar VİDEO

Bərdə, 13 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Aprelin 13-də ötən il yenidən qurulan Bərdə Peşə Liseyinə infotur keçirilib. İnfoturda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov, deputatlar Vüqar Bayramov, Fatma Yıldırım, Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Bakı Milli Geyim Evinin direktoru Könül Vəlibəyli, sosial biznes üzrə təlimçi, influnser Sara Rəcəbli, Təhsil və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri, həmçinin media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infoturun məqsədi liseydə yaradılan şərait, tədris prosesi və imkanlar haqqında ictimaiyyət nümayəndələri və media təmsilçilərinin məlumatlandırılmasıdır. Əvvəlcə qonaqlara peşə təhsil müəssisəsinin tarixi, təmirdən öncəki vəziyyəti, mühəndis pedaqoji heyət, həmçinin liseyin yeni infrastrukturu haqqında geniş məlumat verilib. Qeyd edilib ki, peşə liseyində aparılan yenidənqurma işləri nəticəsində beynəlxalq standartlara cavab verən maddi-texniki baza ilə təchiz olunmuş 4 mərtəbəli tədris binası, 2 ədəd hər biri 192 yerlik yataqxana, 3 mərtəbəli emalatxana və laboratoriya korpusu, texnikaların saxlanması üçün 3 korpusdan ibarət qaraj və digər köməkçi binaların tikintisi həyata keçirilib. İnfotur iştirakçılarının nəzərinə çatdırılıb ki, sözügedən lisey Bərdə və ətraf regionlardan olan 1200 tələbəyə 7 peşə sahəsi üzrə 30-a qədər ixtisas üzrə təhsil imkanı yaradır.

İnfotur çərçivəsində peşə təhsil müəssisəsini bitirmiş və müxtəlif istiqamətlər üzrə uğurlu karyera quran məzunlarla da görüş keçirilib. Görüş zamanı qonaqların təcrübəsi dinlənilib və peşə təhsilində hazırda olan vəziyyət və gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar liseydə yaradılan şəraitlə, emalatxanalarla əyani şəkildə tanış olublar. İnfotur iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov jurnalistlərə müsahibəsində deyib: “Bərdə Peşə Liseyi ölkəmizdə son illərdə açılan ən qabaqcıl, müasir regional təhsil mərkəzlərindən biridir. Burada 27 ixtisas üzrə hazırda 650-dən artıq tələbə təhsil alır. Tələbələr həm praktiki, həm də nəzəri biliklərə yiyələnirlər və əmək bazarı üzrə tələb olunan ixtisaslar üzrə hazırlıq keçirlər. Bərdə Peşə Liseyinin 1200 tələbə tutumu var. Burada 200-ə yaxın tələbənin yerləşdirilməsinə imkan verən müasir yataqxana kompleksi tikilib. Bu da imkan verir ki, liseydə təkcə Bərdədən deyil, ətraf rayonlardan olan tələbələr də peşə təhsili alsınlar. Məqsədimiz həm regionun iqtisadiyyatına xidmət edən peşə ixtisasları üzrə, həm də gələcəkdə işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında ehtiyac olan sahələr üzrə mütəxəssislər yetişdirməkdir”.

Ceyhun Kərimov Türkiyə və Azərbaycanda olan peşə təhsili müəssisələri arasında əməkdaşlıqdan da danışıb. Bildirib ki, Türkiyənin Bursa şəhərində yerləşən bir neçə məktəbin nümayəndələri Bakıya səfər edib, ölkəmizin bir çox məktəbləri ilə, o cümlədən Bərdə məktəbi ilə qardaşlıq müqavilələri imzalanıb. Bərdə məktəbi ilə imzalanan əməkdaşlıq əsasən kənd təsərrüfatı, aqroservis istiqamətlərini özündə ehtiva edir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov: “Ölkəmizdə təhsilə böyük diqqət və qayğı var. Son illərdə peşə təhsilinə diqqətin daha da artırıldığının şahidiyik. Bu gün bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri müxtəlif sahələr üzrə peşəkar mütəxəssislər yetişdirməkdir. Xüsusilə də nəzərə alaq ki, Qarabağda bizi böyük quruculuq, abadlıq, tikinti işləri gözləyir. Belə bir regionda peşə məktəbinin fəaliyyətə başlaması çox önəmlidir. Biz artıq son vaxtlar müəyyən mənada ayrı-ayrı ixtisaslar üzrə mütəxəssislərin azlığını hiss edirdik. Amma artıq Azərbaycan bunu özü təmin edəcək. Artıq müxtəlif sahələr üzrə biz özümüz peşəkar mütəxəssislər yetişdiririk. Bu gün olduğumuz bu peşə məktəbi ən yüksək səviyyədə qurulubdur. Biz bu gün Azərbaycan gənclərinin müasir texnoloji biliklərə necə yiyələndiklərinin şahidi olduq. Sinifləri gəzdik, eləcə də laboratoriyalarda, emalatxanalarda olduq. Bir daha dövlətin təhsilə, bu sahəyə necə önəm verdiyini gördük. Mən fürsətdən istifadə edib, valideynlərə müraciət edirəm. Bizim vətəndaşlarımız adətən övladlarının daha çox ali təhsil almasına meyil göstərirlər. Bildirmək istəyirəm ki, bu gün artıq bizim yüksək peşə təhsili verən məktəblərimiz də var. Ali təhsildən əlavə, bizim gənclərimiz peşə təhsili də ala bilərlər. Bu da gələcəkdə onların işlə təmin olunmasına öz töhfəsini verə bilər”.

İctimaiyyət nümayəndələri və media təmsilçiləri Bərdə Peşə Liseyində yaradılan şəraitlə tanış olublar VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib