İDEA İctimai Birliyi Gəncədə ağacəkmə aksiyası keçirmişdir
Gəncə 1 dekabr (AZƏRTAC). Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Gəncədə “Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et!” devizi ilə ağacəkmə aksiyası keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiya zamanı 10000 ağac əkilmişdir. Şəhərdəki Heydər Əliyev parkında keçirilən aksiyada minlərlə şəhər sakini iştirak etmişdir. Şəhərin idarə və müəssisələrinin səhiyyə, ali və orta ixtisas məktəblərinin kollektivləri burada Gəncənin iqliminə uyğun olan Eldar şamı, kiparis, şərq çinarı və digər ağaclar əkmişlər.