İDXAL QAZININ HƏCMİ VƏ QİYMƏTİ DANIŞIQLAR PROSESİNDƏ MÜƏYYƏN EDİLƏCƏK
Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, gələn il Rusiyadan respublikamıza idxal ediləcək qazın həcmi və dəyəri dekabrın sonunadək müəyyən olunacaqdır. Bununla bağlı danışıqlara başlamaq üçün “Qazeksport” şirkəti ARDNŞ-a müraciət etmişdir. Qeyd edək ki, ötən ilin dekabrında bağlanmış müqaviləyə görə, şirkət bu il ölkəmizə hər min kubmetri 60 dollara, gələn il isə 61 dollara olmaqla 5,5 milyard kubmetr qaz verməli idi. Lakin Rusiya şirkəti gələn il digər MDB ölkələri kimi, Azərbaycana da qazın artırılmış qiymətlərlə satılacağını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:15]
Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib
- 07.10.2026 [12:26]
Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır
- 07.10.2026 [12:23]