“İƏT Həftəsi” çərçivəsində ilk dəfə Laçında Qadınlar Forumu keçiriləcək
Bakı, 30 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq təşkil edilən “İƏT Həftəsi” çərçivəsində iyulun 2-də Laçın şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qadınlar Forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Forumun əsas məqsədi qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması üçün İƏT ölkələrinin sektorlararası əməkdaşlığını təşviq etmək, eləcə də İƏT regionu daxilində dayanıqlı, inklüziv, davamlı cəmiyyətlərin formalaşmasında qadınların rolunu vurğulamaq və gücləndirməkdir.
Forumda iqlim davamlılığı üçün insan inkişafında qadınların rolu, təhsil vasitəsilə qadınlar üçün imkanların artırılması, rəqəmsal inklüzivlik - innovasiyalar və təcrübə mübadiləsi və digər mövzular müzakirə olunacaq.
Forum, eyni zamanda, İƏT regionunun müxtəlif ölkələrindən və aidiyyəti beynəlxalq tərəfdaş qurumlardan olan qadın rəhbərlər arasında dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün platforma rolunu oynayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]