İƏT nümayəndəsi: Seçkilərin uğurla keçməsinə Azərbaycandakı demokratik mühit əhəmiyyətli dərəcədə təsir edib
Bakı, 10 fevral, AZƏRTAC
Seçkiləri müşahidə etmək üçün 8 məntəqədə olduq. Məntəqələrdə heç bir qanun pozuntusu müşahidə etmədik. Havanın soyuq olmasına baxmayaraq, seçicilər səsvermədə çox fəal şəkildə iştirak edirdilər. Seçkilər demokratik, şəffaf təşkil olunmuşdu.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqının müşahidə missiyasının üzvi Əli Əsgər Mohammadi fevralın 10-da keçirilən mətbuat konfransında deyib.
Müşahidəçi bildirib ki, seçkilərin uğurla başa çatmasına Azərbaycandakı demokratik mühit əhəmiyyətli dərəcədə təsir edib. O, seçkilərin uğurla keçməsinə görə Azərbaycan xalqını təbrik edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]