İğdır Azərbaycan Evi Dərnəyi 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı müraciət yaymışdır
Bakı, 29 mart (AZƏRTAC). Türkiyədə fəaliyyət göstərən İğdır Azərbaycan Evi Dərnəyi 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar müraciət yaymışdır.
Dərnəyin nümayəndəsi Sərdar Ünsal AZƏRTAC-a bildirmişdir ki, müraciətdə Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğu faktı öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, ermənilər bölgəyə gəldikləri vaxtdan çoxsaylı soyqırımları törədərək yüz minlərlə dinc əhalini qətlə yetirmişlər. Silahlı erməni dəstələri 1918-ci ilin martında Azərbaycanda misli görünməmiş vəhşiliklər törədərək Bakı, Şamaxı, Quba, Qarabağ, Gəncə və digər bölgələrdə yüz minədək günahsız insanı qətlə yetirmişlər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanı ilə 31 Mart - Azərbaycanlıların soyqırımı günü elan olunduğu vurğulanan müraciətdə bildirilir ki, cəzasız qalmalarından ruhlanan ermənilər bu gün də cinayətkar əməllərini davam etdirirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, yüz minlərlə günahsız insan öz doğma torpaqlarından didərgin salınmışdır. Aradan illər keçsə də ermənilərin törətdikləri bu qanlı soyqırımıları heç vaxt unudulmayacaqdır. Ermənilərin bu cinayətkar əməlləri dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]