II "Virtual əlaçı" bilik yarışmasına start verilir
Bakı, 24 aprel, AZƏRTAC
Bu gündən II "Virtual əlaçı" bilik yarışmasına start verilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yarışmada iştirak etmək üçün "Virtual məktəb" portalında “Teams -> General” bölməsindən “Testlər” alt bölməsinə daxil olaraq orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez düzgün cavab verən ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək.
Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.