III Avropa Oyunları: Stend atıcılarımız finala yüksələ bilməyiblər
Krakov, 25 iyun, AZƏRTAC
Polşada keçirilən III Avropa Oyunlarında qadın stend atıcılarının skit yarışlarında təsnifat mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçiləri Regina Meftahəddinova 115 xalla 19-cu, Nurlana Cəfərova isə 109 xalla 26-cı olublar.
Atıcılarımız bu gün keçiriləcək finala vəsiqə qazana bilməyiblər.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.