III MİLLƏTLƏR KUBOKU OYUNLARININ YEKUNLARINA DAİR MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 3-də “Novosti” Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Bilicilər Klubları Assosiasiyasının prezidenti Natalya Stesenko “Nə? Harada? Nə vaxt?” oyunları üzrə III Millətlər Kubokunun yekunlarına həsr olunmuş mətbuat konfransı keçirmişdir.
Turnirin gözəl təşkil olunduğunu vurğulayan N.Stesenko tədbiri dəstəklədiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir. O demişdir ki, intellektuallara rekord sayda - 165 sual verilmişdir. Halbuki, belə turnirlərdə adi norma 80-90 sualdır. Sualların yetərincə müxtəlif olması turnirin daha maraqlı keçməsinə kömək etmişdir.
N.Stesenko bildirmişdir ki, sentyabrın 22-də “Nə? Harada? Nə vaxt?” Bakı klubunun televiziya variantının payız seriyası başlanacaqdır. “Game.az” prodüser mərkəzinin rəhbəri Balaş Qasımov demişdir ki, sentyabrın 29-da yeni komandanın iştirakı ilə ilk veriliş efirə buraxılacaqdır.
Üçüncü seçmə oyunlarda Millətlər Kuboku turnirində qeyri-adi qabiliyyəti ilə fərqlənən Azərbaycanın ikinci yığma komandası iştirak edəcəkdir. Komandaya Rüfət Abdulla, Yelena Zaxarova, Anar Nəcəfli (kapitan), Əziz Mürşüdlü, Cahangir Fərəcullayev, Emil Mədətov və Emil Talıbov daxildirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]