İKİ SƏRNİŞİN QATARI TOQQUŞMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 20-də sübh tezdən İtalıyanın şimalındakı Piemont əyalətindəki Stresa dəmir yolu vağzalının yaxınlığında Paris-Milan-Roma marşrutu üzrə hərəkət edən iki sərnişin qatarı toqquşmuşdur. Nəticədə bir vaqon relsdən çıxaraq aşmışdır. Hadisə yerinə təcili gəlmiş İtaliya xilasediciləri aşmış vaqondan 82 yaşlı qadının meyitini çıxarmışlar. Müxtəlif dərəcədə xəsarət almış digər 37 sərnişinə təcili tibbi yardım göstərilmiş, onlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilmişlər.
Qəzanın başvermə səbələri aydınlaşdırılır.