İKİ YUMRUQ İKİ TAPANÇADAN DAHA GƏRƏKLİ OLDU
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, boks üzrə yarımağır çəkidə Meksika çempionu Arturo Rivyera onu öldürməyə cəhd göstərən şəxsi şil-küt etmişdir. Boksçu idman salonundan çıxarkən iki tapança ilə silahlanmış naməlum adam ona atəş açmışdır. Rivyera ustalığını əməli surətdə nümayiş etdirərək, dərhal qatilin üstünə atılmış və onu nokaut vəziyyətinə salmışdır.
Rivyera polisdən heç bir xəbərdarlıq almamışdır, basqınçı isə baş-beyin-zədəsi ilə reanimasiyada yatır. Yerli prokurorluğun fikrincə, boksçu özünümüdafiə üçün zəruri olan həddi aşmamışdır.