İkili diplom proqramı çərçivəsində dərs tədris edən müəllimlərlə görüş keçirilib
Gəncə, 16 iyun, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya ezam olunan professor-müəllim heyəti ilə növbəti görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov 2022/2023-cü tədris ilinin yaz semestrində tədrisi müvəffəqiyyətlə başa vuran Ege Universitetinin bir qrup professor-müəllim heyətinə təşəkkür edib. Bildirib ki, hər iki universitet tərəfindən uğurla davam etdirilən bu layihə əsasında aparılan kadr hazırlığı müasir və dayanıqlı kənd təsərrüfatı mütəxəssislərinin yetişməsi üçün böyük töhfə olacaq.
İzmir şəhərinə qayıdacaq müəllimlər ADAU-da onlara göstərilən diqqət və qayğıdan məmnunluqlarını dilə gətirərək, minnətdarlıqlarını bildiriblər.