İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏN QALMIŞ BOMBA TAPILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Fransanın Şimal departamentində Kombre şəhəri yaxınlığındakı Kodri qəsəbəsindən 2000 sakinin müvəqqəti olaraq təhlükəsiz yerə köçürülməsinə başlanmışdır. Buna səbəb qəsəbə yaxınlığında İkinici Dünya müharibəsindən qalmış 125 kiloqramlıq Amerika bombasının tapılması olmuşdur. Partlamaq qabiliyyətini bugünədək itirməmiş bomba tam zərərsizləşdirilənə qədər yerli sakinlər yaxınlıqdakı istirahət zonasında yaşayacaqlar.