İKT sektorunda 4 ayda 716 milyon manatlıq məhsul istehsal edilib
Bakı, 15 may, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 716 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz çoxdur. Aprel ayında isə bu sektorda 190,5 milyon manatlıq məhsul istehsal olunub.
Hesabat dövründə İKT sektorunun Ümumi Daxili Məhsulda (ÜDM) payı 1,8 faiz təşkil edib.