İlaxır çərşənbədə şəhid ailələri ziyarət olunub
Şamaxı, 17 mart, AZƏRTAC
Şamaxıda Heydər Əliyev Mərkəzinin, YAP rayon təşkilatı gənclər birliyinin və 9 saylı tam orta məktəbin rəhbər işçiləri ötən gün axşamüstü Vətən müharibəsində şəhid olan Şahmurad İsgəndərovun və Şəhadət Usubovun ailələrini ziyarət ediblər.
Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, İlaxır çərşənbəyə təsadüf edən ziyarət zamanı şəhidlərin döyüş yolundan, erməni işğalçılarına qarşı döyüşdə göstərdikləri şücaətlərdən danışılıb, qazanılan tarixi qələbə nəticəsində onların qanının yerdə qalmadığı vurğulanıb.
Şəhidlərin valideynləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.