Azərbaycan Dövlət İnformasiya Agentliyi

İLHAM ƏLİYEV, AZƏRBAYCAN PREZİDENTİ: XƏZƏR SÜLH ZONASI OLMALIDIR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya ilk rəsmi səfəri ərəfəsində - fevralın 4-də “İzvestiya” qəzetində dövlətimizin başçısının qəzetin müxbirinə məxsusi müsahibəsi dərc olunmuşdur. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

İLHAM ƏLİYEV, AZƏRBAYCAN PREZİDENTİ:

XƏZƏR SÜLH ZONASI OLMALIDIR

Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya ilk rəsmi səfərə gəlir. Bu vəzifəyə o, ötən ilin oktyabrında seçilmişdir. Buna görə də onun ilk addımlarına həm bilavasitə qonşular, həm də Avropa Birliyi ölkələri diqqətlə göz qoyurlar. Regionda geniş miqyaslı coğrafi-siyasi dəyişikliklər baş verdiyindən enerji daşıyıcıları bazarının (Bakı-Ceyhan strateji neft kəməri tezliklə işə salınacaq) mühüm iştirakçısı kimi Azərbaycanın rolu nəinki MDB çərçivəsində, eləcə də Avropa miqyasında xeyli arta bilər. İlham ƏLİYEV səfər ərəfəsində “İzvestiya”nın xüsusi müxbiri Oleq SIQANOVA verdiyi məxsusi müsahibəsində Azərbaycanın siyasətinin öncül istiqamətlərindən danışmışdır.

-Son vaxtlar Rusiyanın xarici siyasətində regional problemlərə diqqət artmışdır. Azərbaycan-Rusiya münasibətlərində nə - siyasət, yoxsa, biznes üstünlük təşkil edir? Siz Rusiya firmalarının Azərbaycanın energetika bazarına doğru irəliləməsinə necə baxırsınız?

-İqtisadi əlaqələrin uğurlu inkişafı üçün əla baza – Rusiya və Azərbaycan rəhbərliyi arasında siyasi qarşılıqlı anlaşma mövcuddur. Münasibətlərin səviyyəsi çox yüksəkdir. Onların təməlini prezidentlər Vladimir Putin və Heydər Əliyev qoymuşlar. Mən isə öz tərəfimdən, bunun inkişaf etdirilməsi üçün bütün işləri görəcəyəm. Mən Vladimir Vladimiroviç Putinlə artıq dəfələrlə görüşmüşəm, ikitərəfli münasibətlər və regional problemlər barəsində bizim aramızda tam qarşılıqlı anlaşma var. Bax, siz Rusiya şirkətləri mövzusuna toxundunuz. Onlar Azərbaycanda bir çox energetika layihələrində iştirak edirlər. İndi Azərbaycan nefti Rusiya vasitəsilə nəql olunur. Azərbaycana Rusiyadan qaz gəlir. Əmtəə dövriyyəsi ildən ilə çox böyük sürətlə artır, əminəm ki, gələcəkdə daha da artacaqdır. Rusiya və Azərbaycanın iqtisadiyyatları ildən ilə daha da möhkəmlənir, bu, əmtəə dövriyyəsinin artması üçün yaxşı potensial yaradır. 2000-ci ilədək olan dövrü yada salsaq, görərik ki, onda energetikada da, boru kəməri siyasətində də, Xəzərlə bağlı sahədə də və digər sahələrdə də çoxlu problem vardı və onlar həllolunmaz hesab edilirdi. Amma biz onların hamısını həll etdik. İndi Rusiya ilə Azərbaycan arasında problemlər yoxdur. Müxtəlif fikirlər doğuran mübahisəli problemlər qətiyyən yoxdur. Rusiya bizim üçün strateji tərəfdaşdır. Bu, Heydər Əliyevin mövqeyi idi və mənim də mövqeyimdir.

-Cənab Prezident, Rusiyanın Qafqazda indiki siyasəti Sizi qane edirmi? Ümumi mənafelərimiz nədədir?

-Mən ikitərəfli münasibətlər mövzusu çərçivəsindən kənara çıxmaq və Rusiyanın digər ölkələrlə münasibətlərini qiymətləndirmək istərdim. Qafqazda sabitlik və sülh Rusiyaya və Azərbaycana eyni dərəcədə gərəkdir. Rusiya belə sabitliyə nail olmaq üçün böyük səylər göstərir. Dağlıq Qarabağ münaqişəsi üzrə qrupun vasitəçilik missiyası çərçivəsində də, Cənubi Qafqaz regionundakı digər ağrılı-acılı məsələlər barəsində də. Qafqaz nadir bir regiondur. Təəssüf ki, planetin bu kiçik guşəsi o qədər problemlərlə, o qədər müharibələrlə qarşılaşmış, burada o qədər qanlar tökülmüşdür ki.

-Siz tez-tez deyirsiniz ki, Xəzər sülh zonası olmalıdır. Bəs, Qafqazı sülh zonasına necə çevirmək olar? Axı, Dağlıq Qarabağda Ermənistan-Azərbaycan münaqişəsi, Gürcüstanda Acarıstan, Abxaziya, Cənubi Osetiya, Rusiyada Çeçenistan. Qafqazı yaxın gələcəkdə sülh zonasına çevirmək mümkündürmü?

- Bu, çox ciddi problemdir. Yəqin ki, onun həllinin çox variantları olacaqdır. Ən başlıcası isə odur ki, hər bir ölkə öz işləri ilə məşğul olsun və bir-birinə əngəl törətməsin. Dünyada çox müsibətlər ona görə baş verir ki, bəzi ölkələr başqalarının işlərinə qarışırlar. Məsələn, Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işidir. Çeçenistan məsələsi Rusiyanın daxili işidir. Abxaziya məsələsi Gürcüstanın işidir. Lakin kənar qüvvələr, - bizim qarşılaşdığımız vəziyyətdə, bu, Ermənistandır, - peyda olduqda, belə münaqişə ocaqları alovlanır.

- Sizin Rusiyaya səfəriniz Fransaya uğurlu səfərdən dərhal sonra olacaqdır. Fransaya səfər Azərbaycanın Avropa strukturlarına inteqrasiya sahəsində səylərini kəskin şəkildə gücləndirdiyini göstərən sübutlardan biri oldu. Bununla əlaqədar ölkənin strateji məqsədləri necədir? Azərbaycan gələcəkdə Avropa Birliyinə daxil olmaq məsələsini qaldırmağa hazırdırmı?

- Biz bu məsələni Avropa Birliyinə daxil olmağa hazır olduqda qaldıracağıq. Avropa Birliyinə inteqrasiya xəttimiz dəyişməzdir. Bu, nə vaxt baş verə bilər? Buna cavab vermək hələlik çətindir, lakin biz Avropa Birliyinə daxil olmağın mümkünlüyünü mütləq nəzərdən keçirəcəyik. Bu, siyasi cəhətdən bizim üçün çox vacibdir.

- Demək olar, bütün keçmiş sovet respublikaları NATO ilə bu və ya digər şəkildə əməkdaşlıq edirlər. Bəziləri – məsələn, Ukrayna və Gürcüstan – alyansa daxil olmağın mümkünlüyü barədə məsələ qaldırmışlar. Azərbaycan uzaq gələcəkdə NATO-ya daxil olmağı planlaşdırırmı?

-Bir çox MDB ölkələri kimi, biz də “Sülh naminə tərəfdaşlıq” proqramında iştirak edirik. Dəfələrlə seminarlar, sessiyalar keçirmişik, NATO-nun təlimlərini və NATO-nun birgə Amerika-Azərbaycan təlimlərini dəstəkləyirik. Lakin indi mən alyansa daxil olmağımız mövzusunu müfəssəl müzakirə etmək istəmirəm, bu, gələcəyin mövzusudur, bu barədə danışmaq hələlik tezdir. Bunun vaxtı deyil. Belə qərar qəbul etməzdən əvvəl, hər şeyi ciddi şəkildə ölçüb-biçmək və nəzərdən keçirmək lazımdır. Bu qərarı ətraflı götür-qoy etmək, ən sərfəli yolları müəyyənləşdirmək gərəkdir. Bir halda ki, hələlik bu barədə ciddi müzakirələr aparılmır, deməli, bu mövzuda söhbət etmək də tezdir. Mən tələsmək istəməzdim.

-ABŞ-ın keçmiş SSRİ məkanında fəallığı artır. Buna Rusiyada münasibət birmənalı deyildir: bəzi siyasətçilər hesab edirlər ki, “soyuq müharibə” dövrü arxada qalmışdır, ona görə də Amerika ilə əməkdaşlığı qaydaya salmaq olar, digərləri isə “ABŞ-ın müdaxiləsi”nin qəti əleyhinə çıxaraq, MDB-ni “Rusiyanın xüsusi mənafeləri” zonası hesab edirlər. Sizin fikrinizcə, ABŞ Qafqazdakı münaqişələrin nizama salınmasında nə kimi rol oynaya bilər?

-Dağlıq Qarabağ üstündə Ermənistan-Azərbaycan münaqişəsi diqqət mərkəzimizdə qalmaqdadır. Amerika və Rusiya Dağlıq Qarabağda münaqişənin nizama salınması üzrə qrupun həmsədrləridir. ABŞ, Rusiya və Fransa bu məsələnin məqbul həlli yolunun tapılmasına birgə yanaşmalıdırlar. Ümidvarıq ki, onların fəaliyyəti beynəlxalq hüquq normalarının təntənəsinə gətirib çıxaracaqdır. Onlar Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması üçün problemin nizama salınmasına kömək etməlidirlər. Biz Ermənistanla düşmənçilik yox, əməkdaşlıq etmək istərdik.

-Siyasət kompromislərə getmək məharətidir. Siz Fransaya səfəriniz zamanı vurğulamışdınız ki, Qarabağ probleminin həlli tamamilə Ermənistan rəhbərliyinin işğal olunmuş əraziləri tərk etmək iradəsindən asılıdır. Münaqişənin mərhələ-mərhələ nizama salınması təqdirində, Siz kompromisə gedə bilərsinizmi? Sizcə, Qarabağ münaqişəsinin nizama salınmasının gücləndirilməsi üçün Rusiya nə edə bilər? Siz bu məsələləri Putinlə müzakirə edəcəksinizmi?

-Ümidvaram ki, Moskvaya səfərimin gedişində bu məsələlərə toxunulacaqdır. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları var, onlar həyata keçirilməlidir. İkili standartlar olmamalıdır. Siyasi konyunkturadan asılılıq olmamalıdır. Ermənistanın təcavüzkar olması, bizim ərazilərimizi işğal etməsi faktdır. Bu təcavüzə son qoyulmalıdır. Biz hər hansı dövlətin ərazi bütövlüyünün qorunub saxlanılmasına tərəfdarıq. Lakin istəyirik ki, bizim ərazi bütövlüyümüzə də riayət edilsin. Bu, hansısa sövdələşmənin, danışıqların və söhbətlərin mövzusu ola bilməz. Biz ərazilərimizi qaytarmalı və Dağlıq Qarabağ münaqişəsini dincliklə nizama salmalıyıq.

-Siz Putinlə görüşün yekunlarından da bunu gözləyirsiniz?

-Düşünürəm ki, biz bu mövzunu mütləq müzakirə edəcəyik. Mən bu mövzunu Fransa Prezidenti ilə də, Minsk qrupunun digər həmsədri ilə də müzakirə etmişəm. Ən başlıcası odur ki, Minsk qrupu müşahidəçilər qrupuna çevrilməsin. Elə müşahidəçilər olur ki, onlar heç bir qərar qəbul etmir, ancaq müşahidə edirlər. İstərdik ki, Minsk qrupu konstruktiv qərarlar qəbul etsin.

-Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında,- bu sessiyada Səməd Seyidov AŞPA-nın büro üzvü seçilmiş və bu vəzifədə Sizi əvəz etmişdir,- Dağlıq Qarabağ probleminə toxunulmuşdur. Necə bilirsiniz, Avropa Şurasının təsiri ilə indi bu problemin həlli nə dərəcədə irəliləyəcək ? Avropa Şurasının bu problemə münasibətinin özü dəyişəcəkmi?

-Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gündəliyə bizim təkidimizlə daxil edilmişdir. Ermənistan tərəfi hər vasitə ilə buna mane olmağa cəhd göstərirdi. Lakin biz hər halda bu məsələni Avropa Şurası Siyasi komitəsinin gündəliyinə daxil etməyə nail olduq. Avropa Şurasının ən böyük qrupunun rəhbəri Terri Devis məruzəçini təyin etdi. Məruzəçi artıq Bakıda və Yerevanda olmuşdur. Onun səfərinin yekunlarına əsasən, müvafiq məruzə hazırlanır. Biz ümid edirik ki, məruzədə münaqişəyə siyasi qiymət veriləcəkdir. Ermənistan bir daha təcavüzkar, işğalçı ölkə kimi tanınmalıdır. Ermənistandan həmişə olduğu kimi, yenə də öz qoşunlarını Azərbaycan ərazilərindən dərhal çıxarmaq tələb edilməlidir. Biz çox böyük ümid bəsləyirik ki, Terri Devis obyektiv olacaq, - mənim isə buna şübhə etməyə heç bir əsasım yoxdur, - onun məruzəsində Ermənistan-Azərbaycan münaqişəsi barədə bütün həqiqət öz əksini tapacaqdır. Ermənistan tərəfi həmişə bu münaqişənin doğru-düzgün işıqlandırılmasından yayınmağa cəhd göstərir. Lakin bu gün, əslində, kimin işğalçı olduğunu hamı bilir.

-Kütləvi qırğın silahlarının yayılması əleyhinə qlobal kampaniyanın gedişində İran dünya birliyinin diqqət mərkəzində oldu və tənqidinə məruz qaldı. Bu dövlətə qarşı sanksiyalar tətbiq edilə biləcəyi təqdirdə Azərbaycan buna necə reaksiya göstərəcək?

- Fərziyyə irəli sürmək istəməzdim. İran bizim qonşumuzdur, onunla uzun sərhədimiz var, İranda çoxlu azərbaycanlı yaşayır. Biz İranla normal ikitərəfli əlaqələrin olmasını istəyirik. Heydər Əliyev 2002-ci ildə İranla dostluq münasibətləri yaratdı, bu münasibətlər inkişaf edəcəkdir. Biz qonşu ölkədə və bütövlükdə regionda sabitlik olmasında maraqlıyıq. Qeyri-sabitlik olmasını əsla istəməzdik.

-Bu yaxınlarda keçirilən birgə Azərbaycan-Amerika hərbi dəniz təlimləri neft platformalarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyırdı. Bununla əlaqədar Xəzər dənizindəki mövcud geosiyasi vəziyyətə, Xəzəryanı ölkələrin öz hərbi dəniz qüvvələrini yaratmaqla bağlı atdıqları ilk addımlara münasibətiniz necədir? Məsələn, Qazaxıstan və Türkmənistan yanvar ayında özlərinin hərbi dəniz qüvvələrini yaratdıqlarını bəyan etmişlər. İran isə artıq neçənci ildir ki, dənizdə hərbi qüvvələrini artırmaqdadır. Rusiya Xəzər donanmasını fəal sürətdə modernləşdirir. Bununla belə, Xəzəryanı dövlətlərin möhkəm beynəlxalq əməkdaşlığı sistemini yaratmaq zəruridir...

-Azərbaycanda hərbi dəniz donanması sovet dövründən mövcuddur, Xəzər hərbi donanması var idi, o, sonradan Həştərxana köçürüldü. Bizim qarşımızda hərbi dəniz qüvvələrinin yenidən yaradılması məsələsi durur, biz onları modernləşdirəcəyik. Xəzər dənizi əməkdaşlıq meydanı olmalıdır. Xəzər dənizi regionunda silahların hər hansı şəkildə artırılmasının axırı heç də yaxşı olmayacaqdır. Üstəlik, Xəzər dənizinin bölünməsinə dair əhatəli saziş indiyədək imzalanmamışdır. Doğrudur, Azərbaycanla Rusiya, Azərbaycanla Qazaxıstan, Qazaxıstanla Rusiya arasında ikitərəfli sazişlər mövcuddur. Ümid etməliyik ki, digər qonşularımız da bu müsbət təcrübədən istifadə edərək, həmin sazişlərdə əksini tapmış mövqelərə qoşulacaqlar. Xəzər dənizində silahların hər cür artırılması məsələsinə gəldikdə isə, bu, təhlükəlidir və məqsədəuyğun deyildir. Biz Xəzər dənizinin tamamilə silahsızlaşdırılmasının tərəfdarıyıq və köhnə, mehriban qonşularımızı bizim mövqeyimizlə həmrəy olmağa çağırırıq. Xəzər dənizi sülh zonası olmalıdır.

-Sizin Fransaya səfəriniz ATƏT-in Azərbaycanda demokratiyanın vəziyyəti haqqında yekun hesabatı ilə bir vaxta təsadüf etdi. Bir sıra iradlar irəli sürüldü. Siz daxili siyasətin bu cəhətinə nə kimi əhəmiyyət verirsiniz, ATƏT-in monitorinq qruplarının fəaliyyətini bəyənirsinizmi? Müasir Azərbaycanın problemlərinin həllində müxalifətin müsbət və mənfi rolunu nədə görürsünüz?

-ATƏT-in məruzəsinə gəldikdə, deməliyəm ki, Azərbaycanda seçkiləri müxtəlif beynəlxalq təşkilatları təmsil edən mindən artıq əcnəbi müşahidəçi izləmişdir. Seçkilərdən dərhal sonra bu təşkilatlar tənqidi fikirlərlə yanaşı, seçkilərin nəticələrinin heç kimdə şübhə doğurmadığını bildirmişdilər, onlar məni qələbə münasibətilə təbrik etmişdilər. Lakin, təəssüflər olsun ki, sonradan onlar, - ələlxüsus ATƏT də, - nədənsə, öz mövqelərini tamamilə dəyişdilər. Hesab edirik, əslində, əminik ki, bu, Azərbaycanın yeni rəhbərliyinə siyasi təzyiq göstərmək arzusu ilə əlaqədardır. Heç kimə sirr deyil ki, Azərbaycan geosiyasi baxımdan, – həm coğrafi mövqeyinə, həm də təbii ehtiyatlarına görə, - çox vacib dövlətdir. Bir neçə ildən sonra, bütün enerji və nəqliyyat layihələrimiz həyata keçdikdən sonra Azərbaycanın əhəmiyyəti daha da artacaqdır. Odur ki, bəzi dairələrin Azərbaycan rəhbərliyinə təzyiq göstərmək vasitələrinə malik olmaq arzusu, kimin isə onun zəifləməsini istəməsi şübhəsizdir. Buna görə də belə hesab edirəm ki, ATƏT-in məruzəsi real vəziyyəti tam əks etdirmir. Lakin Azərbaycanda rəhbərlik möhkəmdir, müstəqil siyasət yeridilir, kiminsə bizə təzyiq göstərməsi əbəsdir. Hər bir təsir əks-təsir doğurur. Azərbaycan əhalisi demokratik aşkarlıq yolu ilə öz seçimini etmişdir. Sadəcə, lazımdır ki, bunu indi olduğu kimi, təkcə bağlı qapılar arxasından deyil, açıq-aşkar etiraf etsin. Yoxsa ikiüzlülük olur...

-Bakı–Tbilisi-Ceyhan layihəsi sayəsində Azərbaycan Mərkəzi Asiya üçün təbii ehtiyatların əsas nəqletmə kanalına cevriləcəkdir. Qazaxıstan ərazisindən dənizlə boru kəməri çəkilməsinin perspektivləri necədir?

-Mən deməzdim ki, bu, əsas kanaldır. Xəzər regionunda digər boru kəmərləri də vardır: Bakı-Novorossiysk, Bakı-Supsa, KTK mövcuddur. Xəzər dənizi regionunun dünya bazarlarına çıxışı olmayan ölkələri boru kəmərləri tikməyə məcburdur. Bakı-Ceyhan da eynilə belə boru kəməridir. Onun yalnız iqtisadi aspekti mövcuddur, bu, Azərbaycana üçüncü alternativ yola malik olmaq imkanı verəcəkdir. Alternativ variantlar nə qədər çox olarsa, manevr üçün imkanlar da çox olar. Digər mövcud boru kəmərləri də işləyəcəkdir. Regionda neft çoxdur. Qazaxıstandan dənizlə boru kəməri çəkilməsinə gəldikdə isə, Qazaxıstan bu məsələni müzakirə etmir. Biz öz boru kəmərlərimizi Azərbaycan neftini nəql etmək üçün tikirik. Bakı- Ceyhan boru kəmərinin gücü bizə Azərbaycan neftini nəql etməyə imkan verəcəkdir. Gələcəkdə belə bir arzu olarsa, başqa variantlar da nəzərdən keçiriləcək, lakin bu, gələcəyin işidir.

Boru kəmərinin 50 faizindən çoxu artıq tikilmişdir. Azərbaycanda, Türkiyədə, Gürcüstanda müvafiq kreditlər ayrılmışdır. Azərbaycan boru kəmərində pay iştirakının 25 faizini maliyyələşdirir. Bu isə 750 milyon dollar deməkdir, onun 250 milyonunu nağd ödəmişik. Zənn edirəm ki, ilin sonunda kəmər təhvil veriləcəkdir. Bütün işlər sabit, normal gedir. Cürbəcür texniki məqamlar və problemlər olur, lakin hər şey cədvəl üzrə gedir.

-Lənkərandakı bədbəxt hadisənin - binanın uçması və insanların tələf olmasının səbəbi səhlənkarlıqdır, yoxsa inşaatçıların səhvi?

-Mən bu faciəni araşdırmaq üçün dövlət komissiyası yaratmışam. Bu hadisə ilə əlaqədar mənim öz versiyam var, lakin hələlik hadisələri qabaqlamaq istəmirəm, çünki prezidentin fikri bəzən müstəqil təhqiqata təzyiq göstərə bilər. Hesab edirəm ki, ciddi səhvlər olmuşdur. Mən dünən yaralılarla görüşdüm. Mənim əlimdə bir-birinə zidd olan məlumatlar vardır - rəsmi şəxslərin dedikləri və yaralılardan eşitdiklərim fərqlidir. Cinayət işi qadırılmışdır. Hüquq mühafizə orqanlarımızın nümayəndələri, xilasedicilər, həkimlər hadisə yerindədirlər. Mən bütün bunları yaxın günlərdə araşdırmağı tapşırmışam, günahkarların hamısı cəzalanacaqdır. Hələlik isə ən başlıcası, faciənin nəticələrini tezliklə aradan qaldırmaq və insanları mənzillə təmin etməkdir. Bunun üçün biz kompensasiyalar verəcək, yeni mənzillər ayıracağıq ki, insanlar küçədə qalmasınlar.

- Atanız Heydər Əliyevin siyasi fəlsəfəsi eyni dərəcədə həm son dərəcədə çevik, həm də olduqca möhkəm idi. Bəs Sizin prinsipləriniz hansılardır?

-Mən bütün çıxışlarımda, andiçmə zamanı da, ondan sonra da Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən ondan çox şey öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şey əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib