İlk İsrail təyyarəsi Əbu-Dabiyə enib
Qahirə, 31 avqust, AZƏRTAC
ABŞ Prezidentinin müşaviri Cared Kuşnerin də göyərtəsində olduğu ilk İsrail təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtına enib. Beləliklə, BƏƏ və İsrail tarixində birinci kommersiya aviareysi həyata keçirilib. Təyyarənin göyərtəsində Əbu-Dabidə danışıqlar aparacaq İsrail hökumətinin nümayəndə heyəti də var.
AZƏRTAC xəbər verir ki, İsrailin Milli Təhlükəsizlik Şurasının sədri Meyr Ben-Şabbat və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Robert O. Braynın, israilli iş adamları, alimlər və iqtisadçıların daxil olduğu nümayəndə heyətlərini BƏƏ Xarici İşlər Nazirliyinin rəsmiləri qarşılayıblar.
Əbu-Dabidə keçiriləcək danışıqlarda İsrailin Fələstin ərazilərinin ilhaqını dayandırması, Əbu-Dabi və Təl-Əviv arasında diplomatik münasibətlərin qurulması, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]