İLK TURLAR AZƏRBAYCAN ŞAHMATÇILARINA DA UĞUR GƏTİRMİŞDİR
Naxçıvan Olimpiya İdman Kompleksində 20 yaşınadək qızlar və oğlanlar arasında şahmat üzrə dünya birinciliyinin ilk turları arxada qalmışdır. Azərbaycan yığma komandasının baş məşqçisi, beynəlxalq dərəcəli usta Fikrət Sideifzadə müxbirimizə demişdir ki, hələlik oğlanlar arasında üç, qızlar arasında isə iki tur keçirilmişdir. Üç oyundan sonra oğlanların turnirinə Hindistan şahmatçısı Surya Qanquly başçılıq edir. O, hər üç oyunda qələbə qazanmışdır. Azərbaycan şahmatçısı Qədir Hüseynov, almaniyalı Leonid Kritz, ukraynalı Aleksandr Zubov və bir neçə digər şahmatçı 2,5 xalla sonrakı yerləri tuturlar. Qızların yarışında isə həmyerlimiz Zeynəb Məmmədyarova və Gürcüstan şahmatçısı Nana Dzaqnidze hər iki oyunda qələbə qazanmışlar. Hələlik bu şahmatçılar turnirə başçılıq edirlər. Yarışlar davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]