İlon Mask: ABŞ-a qanunsuz miqrasiya Bayden üçün sərfəlidir
Bakı, 3 fevral, AZƏRTAC
ABŞ Prezidenti Cozef Bayden qarşıdakı prezident seçkilərində dəstəyinin artacağına ümid edərək qanunsuz miqrasiyaya göz yumur.
AZƏRTAC xəbər verir ki, amerikalı biznesmen İlon Mask bu barədə özünün sosial media hesabında yazıb.
“Baydenin strategiyası çox sadədir. Ölkəyə mümkün qədər çox qanunsuz mühacir buraxaraq, daimi çoxluq - birpartiyalı dövlət qurmaq üçün onları leqallaşdırmaq. Bu səbəbdən o, qanunsuz miqrasiyaya göz yumur. Az sayda deportasiya da bununla izah olunur. Hər deportasiya itirilmiş səsdir”, - deyə İlon Mask vurğulayıb.
Birləşmiş Ştatların hazırkı administrasiyasının miqrasiya siyasətini tənqid edən biznesmenin fikrincə, ölkənin cənub sərhədini qorumaq üçün prezident yetərincə iş görmür. İlon Mask Texas qubernatorunun ştatın Meksika ilə sərhədində təhlükəsizliyi təmin etmək ideyasını da dəstəkləyib.
Bir müddət öncə Texas qubernatoru Qreq Ebbot dövlət sərhədlərinin qanunsuz mühacirlərdən qorunması məsələsində federal hakimiyyətlərlə münaqişəyə hazır olduğunu bildirib. ABŞ-ın sabiq prezidenti Donald Tramp, Birləşmiş Ştatların BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heyli və 25 ştatın respublikaçı qubernatorları Ebbotu dəstəklədiklərini bəyan ediblər. Florida qubernatoru Ron Desantis və Oklahoma qubernatoru Kevin Stitt isə bunun üçün Texasa dəstək qüvvələri göndərməyə hazır olduqlarını deyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]