İlon Mask: Bayden dövründə ABŞ büdcəsi 500 milyard dollar itirib
Bakı, 11 mart, AZƏRTAC
ABŞ hökumətinin büdcəsi korrupsiya və saxtakarlıq səbəbindən keçmiş prezident Co Baydenin administrasiyası dövründə təxminən 500 milyard dollar itirib.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Hökumətinin Hesabatlılıq İdarəsinin məlumatlarına əsasən bildirib.
"Bayden administrasiyası hökumət xərclərini yarım trilyon dollar itirib. Biz bunu minimuma endirməyə çalışırıq və vergi ödəyicilərinin pullarına qənaət etmək üçün əlimizdən gələni edirik", - deyə Mask “Fox Business”ə müsahibəsində bildirib.
Qeyd edək ki, yanvarın 20-də ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən dərhal sonra DOGE ABŞ-ın büdcə xərclərinin genişmiqyaslı auditinə başlayıb. Mask, agentliyin hökumət xərclərini 2 trilyon dollar azaltmağı gözlədiyini söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]