İlon Maska qarşı 130 milyon dollarlıq təzminat iddiası qaldırılıb
Bakı, 5 mart, AZƏRTAC
Tviter qısa mesaj xidmətinin dörd sabiq meneceri hazırda “X” adlanan sosial şəbəkənin sahibi İlon Maskı təxminən 130 milyon dollarlıq təzminat tələbi ilə məhkəməyə verib.
AZƏRTAC “Welt“ qəzetinə istinadla xəbər verir ki, Kaliforniya məhkəməsinə müraciət edən sosial şəbəkənin sabiq baş direktoru Paraq Aqraval və sabiq maliyyə direktoru Ned Seqal bu addımı işdən çıxarıldıqlarına görə təzminat almaq üçün atıblar. İddiaçılar, həmçinin İlon Maskı onları işdən çıxarmaq üçün əsassız səbəblər göstərməkdə ittiham edirlər. Paraq Aqraval və Ned Seqal “kobud səhlənkarlıq” və “vəzifədən sui-istifadə” maddələri ilə işdən çıxarılıblar.
İlon Mask iddia ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Xatırladaq ki, İlon Mask 2022-ci ilin oktyabrında tviter sosial şəbəkəsini 44 milyard dollara satın alıb və sonradan onu “X” adlandırıb. Kompaniyada rəhbərlik də daxil olmaqla, minlərlə əməkdaş işdən çıxarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]