İlqar Abdullayev küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakı, 15 may, AZƏRTAC
Mayın 17-si saat 00:00-dan etibarən Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində tikintisi davam edən tunelin giriş hissəsinin qurulması ilə əlaqədar olaraq, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”,- deyə məlumatda qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2025 [20:37]
Bakıda innovasiya festivalı keçirilir
- 19.06.2025 [18:52]
Belarusla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib
- 19.06.2025 [17:40]
Əbu-Dabi-Qəbələ birbaşa aviareysi açılıb
- 19.06.2025 [16:48]