İmişlidə şəhid ailələri ziyarət olunub VİDEO
İmişli, 17 mart, Aydın Yavərzadə, AZƏRTAC
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı tərəfindən Novruz bayramı münasibətilə “Hər Vətən şəhidinin haqqı var boynumuzda” adlı aksiya keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli rayonundan olan, Aprel döyüşləri, Vətən müharibəsi və antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə yüksələn 53 qəhrəmanın hər birinin ailəsi ziyarət edilərək, bayram sovqatı verilib.