REGİONLAR
İmişlidə taxıl zəmilərindən 67 min tondan çox məhsul yığılıb
İmişli, 1 iyul, Mahir Babayev, AZƏRTAC
İmişlidə taxıl yığımı başa çatıb. Ölkəmizdə aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyindən bəhrələnən fermerlər taxıl zəmilərindən anbarlara 67 min 109,2 ton məhsul daşıyıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonun taxılçıları ötən ilin payızında 17 min 151,8 hektar taxıl əkiblər ki, bunun da 7 min 62 hektarını arpa, 10 min 89,8 hektarını isə buğda sahələri təşkil edib. Biçin aparılmış arpa sahəsindən 26 min 976,8, buğda zəmilərindən isə 40 min 132,4 ton məhsul götürülüb. Arpa sahələrinin hər hektarının məhsuldarlığı 38,2, buğda sahələrinin isə 39,8 sentner olub. Rayon üzrə hər hektar taxıl sahəsinin məhsuldarlığı 39,1 sentner təşkil edib ki, bu da ötən ildəkindən 1.9 sentner çoxdur.