İNDONEZİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SUSİLO BAMBANQ YUDHOYONOYA
Hörmətli cənab Prezident,
İndoneziyanın milli bayramı - Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-İndoneziya münasibətlərinin hərtərəfli inkişafı, xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsi naminə bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 iyul 2008-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [16:12]