İndoneziya və ABŞ Cənub Şərqi Çin dənizində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər
Tokio, 30 oktyabr, AZƏRTAC
İndoneziya və ABŞ Cənub Şərqi Çin dənizində yerləşən İndoneziyaya məxsus adaların inkişafı barədə razılıq əldə ediblər. Bu addımın həmin əraziyə iddialı olan Çinə qarşı yönəldiyi bildirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma ABŞ Dövlət katibi Mayk Pompeo ilə İndoneziyanın Xarici İşlər naziri xanım Retno Marsudi arasında Cakartada keçirilən görüş zamanı əldə edilib.
Bildirilir ki, görüşdə Cənub Şərqi Çin dənizində vəziyyət müzakirə olunub. İndoneziyanın Natuna adaları rayonunda məxsusi iqtisadi zona yaratdığı və burada Çin ilə ərazi müzakirələri apardığı qeyd edilir.
Görüş zamanı Retno Marsudi bildirib ki, Cənub-Şərqi Çin dənizində sabitlik və sülh qorunmalı, BMT-nin Dəniz hüququ üzrə Konvensiyasına hörmətlə yanaşılmalıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]