Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnfeksionist: Antiretroviral müalicə İİV-ə yoluxan şəxslərdə həyat keyfiyyətini yüksəldir

İnfeksionist: Antiretroviral müalicə İİV-ə yoluxan şəxslərdə həyat keyfiyyətini yüksəldir

Bakı, 4 avqust, AZƏRTAC

İnsanın İmmunçatışmazlığı Virusları (İİV) ilə mübarizədə əsas şərt profilaktik tədbirlərin həyata keçirilməsidir. Unutmamalıyıq ki, profilaktika hər zaman müalicədən daha üstündür. Riskli davranışlardan çəkinmək, zərərli vərdişlərdən uzaq olmaq, gigiyenik qaydalara əməl etmək və ən əsası, maariflənməklə biz özümüzü, ətrafımızdakıları İİV-ə yoluxmadan qoruya bilərik. Tövsiyə edilir ki, hər bir şəxs yoluxma şübhəsindən asılı olmayaraq, ən azı ildə iki dəfə İİV-ə müayinədən keçsin. Müayinələr Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində və mərkəzin regional laboratoriyalarında ödənişsiz, konfidensiallıq prinsipi qorunmaq şərti ilə həyata keçirilir. Eyni zamanda, müayinədən keçən şəxslər üçün mərkəzin mütəxəssisləri tərəfindən ödənişsiz konsultasiya aparılır, xəstəliyə yoluxma yolları izah olunur, Təmasdan öncə profilaktika (Prep) və Təmasdan sonra profilaktika (PEP) barədə məlumatlar verilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin infeksionisti Ziyad Nəsibov bildirib.

O deyib ki, İİV infeksiyasına yoluxma yolları barədə məlumatlı olduqdan sonra, asanlıqla bu infeksiyaya yoluxmanın qarşısını almaq mümkündür. Azərbaycanda virusa parenteral yolla yoluxmanın qarşısını almaq məqsədilə, xüsusilə inyeksion narkotik istifadəçiləri arasında zərərin azaldılması proqramları çərçivəsində risk qruplarının İİV-ə mütəmadi müayinəsi və profilaktik tədbirlər həyata keçirilir. Ölkədə Əvəzedici Opioid Terapiya (ƏOT) tətbiqi nəticəsində inyeksion narkotik istifadəçilərinin sayı əvvəlki illərlə müqayisədə iki dəfəyədək azalıb. Bundan əlavə, donor qanlarının və nikahdan öncə İİV-ə mütləq müayinələrin aparılması İİV-ə yoluxma ilə mübarizədə həyata keçirilən mühüm addımlardan biridir. İİV-in bətndaxili inkişaf dövründə anadan uşağa ötürülməsinin qarşısını almaq üçün qadınların hamiləlik müddətində mütləq qaydada qadın məsləhətxanalarında qeydiyyata durması və İİV-ə müayinə olunması vacib şərtlərdən biridir. “İİV virusları insanın immun sisteminin hüceyrələrində çoxalaraq, tədricən hüceyrələrin zədələnməsinə səbəb olur. Nəticədə orqanizm müdafiə funksiyasını yerinə yetirə bilmir, müxtəlif xəstəliklərin törədicilərinə, viruslara, bakteriyalara və bədxassəli şişlərə qarşı mübarizə aparmaq qabiliyyəti zəifləyir. İnsanda sağalması mümkün olmayan ağır infeksion xəstəliklər inkişaf edir. İİV infeksiyası xroniki xəstəliklər qrupuna aid olduğu üçün, müalicəsi də ömürlükdür, yəni İİV-ə yoluxmuş şəxslər daimi olaraq antiretroviral preparatları qəbul etməlidirlər. Virusa qarşı tətbiq olunan müalicə antiretrovirus müalicə (ARV terapiya) adlanır. Müalicənin əsas məqsədi orqanizmdə İİV virusunun replikasiyasının qarşısını almaqla onun qanda müəyyən olunmayan səviyyəyə qədər endirilməsi və immun sistemin bərpasından ibarətdir. Nəticədə İİV-ə yoluxmuş şəxslərdə həyatın uzadılması və onun keyfiyyətinin yaxşılaşdırılması, ikincili xəstəliklərin inkişafının qarşısının alınması, ölüm hallarının azaldılması və İİV-in ötürülmə tezliyinin azaldılması baş verir. İİV-ə yoluxmuş şəxslərin müalicəsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində həyata keçirilir və təyin olunmuş dərman preparatları ilə dövlət tərəfindən təmin edilirlər. Müalicə xəstənin aşkar olunduğu vaxtdan təyin edilir. Müalicənin əsas şərtlərindən biri xəstələrin müalicə rejiminə düzgün əməl etməsi və ARV terapiyaya sadiqliyidir. Xəstələr ARV terapiya rejiminə düzgün əməl etmədikdə, əlavə fəsadlar müşahidə oluna bilər. Bu cür hallar mərkəzin həkimləri tərəfindən nəzarətə götürülür və xəstələrə lazımi yardım göstərilir”,- deyə infeksionist diqqətə çatdırıb.

Mütəxəssisin sözlərinə görə, peyvənd müəyyən bir yoluxucu xəstəliyə qarşı aktiv qazanılmış immuniteti təmin edən bioloji preparatdır. Adətən xəstəliyə səbəb olan mikroorqanizmin öldürülmüş və ya zəiflədilmiş ştamlarından, onların toksinləri, yaxud səthi zülallarından hazırlanır və orqanizmə yeridilir. Bir müddət sonra ona qarşı yaranan anticisimlər sayəsində insan bu xəstəliyi yüngül keçirir və yaxud yoluxma baş vermir. Virus etiologiyalı digər xəstəliklərə görə tövsiyə edilən peyvəndlər qan dövranına daxil olan zaman immun hüceyrələrimiz, daha dəqiq desək, B limfositlər daxil olan antigenə qarşı anticisimləri yaratmağa başlayır. Ancaq, İİV virusları fərqli xüsusiyyətə malikdir. “Elmi araşdırmalar vasitəsilə müəyyənləşib ki, digər viruslardan fərqli olaraq, İİV yalnız hüceyrə DNT-də yerləşməklə kifayətlənmir. Eyni zamanda, yoluxduğu hüceyrə reseptorlarını da çox tez mutasiyaya uğradır. Nəticədə, daha çox və sürətlə mutant ştamlar əmələ gəlir və bütün mutasiya və ştamları hədəf alan tək bir peyvənd hazırlamaq olduqca çətindir. Lakin İİV virusları və infeksiyası üzərində illər ərzində aparılan çoxsaylı elmi araşdırmalar nəticəsində bir çox yeni nailiyyətlər əldə olunub və bu proses davam edir. İİV-ə yoluxmuş insanların yaşama müddəti erkən diaqnozun qoyulmasından və müalicəsinin erkən mərhələdə başlanmasından asılı olaraq, əhəmiyyətli dərəcədə uzanıb. Son elmi araşdırmalara əsasən, ART qəbul edən və mütəmadi müayinələrdən keçərək, nəzarət altında müalicəsini davam etdirən İİV-lə yaşayanlarla İİV-neqativ (infeksiyaya yoluxmamış) insanların yaşama müddəti eynidir. Hazırda antiretrovirus terapiyasının (ART) əlçatanlığı baxımından, İİV-lə yaşayan insanların həyat keyfiyyəti və yaşama müddəti İİV neqativ şəxslərdən fərqlənmir. İİV-lə yaşayan insanlarda yaşam müddətinə təsir edən əsas faktorlar xəstəliyin erkən diaqnostikası, müalicəyə erkən mərhələdə başlamaq, dərman qəbulunda sadiqliyin olması, sağlam həyat tərzi, immunitetin səviyyəsi, virus yükünün təyin olunmayacaq səviyyəyə gəlib çatması, ağırlaşmaların və yanaşı xəstəliklərin olub-olmamasıdır”,- deyə Z.Nəsibov əlavə edib.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO