“İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ FELİ TƏRKİBLƏR” KİTABI ÇAP OLUNMUŞDUR
Monoqrafiyada felin şəxssiz formaları ingilis və Azərbaycan dillərində müqayisəli şəkildə araşdırılmış, hər iki dildə felin təsriflənməyən formalarının tarixi və inkişaf mərhələləri tədqiq edilmişdir. Əsərdə Azərbaycan dilində məsdər, feli sifət və feli bağlama tərkiblərinin cümlə üzvü kimi funksionallığı da nəzərdən keçirilmiş, ingilis dilində məsdər, feli sifət və cerund tərkiblərinin Azərbaycan dilinə tərcümə variantlarının müxtəlifliyi öyrənilmişdir. Tədqiqatda, həmçinin, ingilis dilində bədii ədəbiyyat nümunələri tərcümə olunaraq, linqvistik baxımdan təhlil edilmişdir.
Ali məktəb tələbələri, eləcə də ingilis dili ilə maraqlananlar üçün nəzərdə tutulmuş monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Ağamusa Axundovdur.