İngiltərə Premyer Liqası : London derbisini “Tottenhem” qazanıb
Bakı, 2 aprel, AZƏRTAC
Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turunun növbəti görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması Londonda “Çelsi” ilə “Tottenhem” klubları arasında olub. Bu qarşılaşmada hesabı meydan sahiblərinin açmasına baxmayaraq, qonaqlar qalib ayrılıblar 3:1. Meydan sahiblərinin heyətində Alvaro Morata fərqlənib. “Tottenhem”in qollarını isə Eriksen və Dele Alli (2) vurublar.
Günün digər oyununda “Arsenal” klubu öz meydanında “Stok Siti” kollektivini 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Turnir cədvəlinə “Mançester Siti” başçılıq edir. “Mançester Yunayted” ikinci, “Liverpul” isə üçüncü pillədir.