İngiltərə Premyer Liqası: “Arsenal” inamlı qələbə qazanıb
Bakı, 31 dekabr, AZƏRTAC
İngiltərə Premyer Liqası çərçivəsində “Arsenal” və “Aston Villa” komandaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, Londondakı “Emirates” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın 48-ci dəqiqəsində “Arsenal”ın braziliyalı müdafiəçisi Qabriel Maqalyanes hesabı açıb. Dörd dəqiqə sonra ispan yarımmüdafiəçi Martin Zubimendi fərqi iki topa çatdırıb – 2:0. “Topçular”ın üçüncü qolunu 69-cu dəqiqədə belçikalı cinah oyunçusu Leandro Trossard vurub. 78-ci dəqiqədə braziliyalı hücumçu Qabriel Jesus hesabı 4:0 edib. Qarşılaşmanın son nöqtəsini isə 90+4-cü dəqiqədə Olli Uotkins vuraraq “Aston Villa”nın yeganə qoluna imza atıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]