İngiltərə Premyer Liqasında 18-ci turun 5 oyunu təxirə salınıb
Bakı, 17 dekabr, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci turun 5 oyunu təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Belə ki, “Mançester Yunayted” - “Brayton”, “Sauthempton” - “Brentford”, “Uotford” - “Kristal Pelas”, “Vest Hem” - “Norviç Siti” və “Everton” - “Lester Siti” görüşləri planlaşdırılan vaxtda baş tutmayacaq.
Buna komandaların əksərində koronavirusa yoluxma hallarının artması səbəb göstərilib. Bu qarşılaşmalar dekabrın 18-19-da keçirilməli idi. Matçların nə vaxt keçiriləcəyinə koronavirusla bağlı vəziyyət normala döndükdən sonra aydınlıq gələcək.
Xatırladaq ki, daha əvvəl Premyer Liqanın 16-cı turunun “Brayton” - “Tottenhem”, 17-ci turunun “Brentford” - “Mançester Yunayted”, “Bernli” - “Uotford”, “Lester Siti” - “Tottenhem” matçları da eyni səbəbə görə təxirə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]