İngiltərədə 7,5 milyon nəfər xəstəxanaların müalicə almaq üçün gözləmə siyahısındadır
London, 13 iyun, AZƏRTAC
İngiltərədə müalicə almaq üçün gözləmə siyahısında olan xəstələrin sayı aprel ayında 7,5 milyon nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Xidmətinin məlumatında bildirilib. Qeyd edilib ki, onlardan 300 min nəfəri bir ildən artıqdır gözləmə siyahısındadır. Gecikmələr ən çox kimyaterapiya və digər xərçəng dərmanlarına ehtiyacı olan xəstələrin müalicəsində müşahidə edilir.
Qeyd edək ki, Britaniyadakı “NHS” (Milli Səhiyyə Xidməti) sisteminə əsasən xəstəxanalarda müalicə almaq pulsuzdur. Ancaq ölkədə həkim çatışmazlığı səbəbindən artan xəstələrin tələbatını vaxtında ödəmək mümkün deyil.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]