İngiltərədə səhiyyə böhranı: 10 minə yaxın təcili tibbi yardım xidməti işçisi tətilə çıxır
Bakı, 21 dekabr, AZƏRTAC
Bu gün İngiltərə və Uelsdə təcili tibbi yardım xidmətlərinin son 30 ilin ən böyük tətili olacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ümumilikdə 10 minə yaxın təcili yardım sürücüsü, xəstələrdən zəng alan işçilər və yardımçı heyət işə gəlməyəcək.
Tətilləri inflyasiya səbəbindən daha yüksək maaş tələb edən GMB, “Unison” və “Unite” həmkarlar ittifaqları təşkil edir. Tətillər Uels və İngiltərənin şərq hissəsi istisna olmaqla, demək olar bütün əraziləri əhatə edəcək.
Həmkarlar ittifaqı ilə Milli Səhiyyə Xidməti arasında əldə olunan razılaşmaya əsasən, təcili yardım avtomobilləri yalnız ürəktutma, insult və ya infarkt səbəbindən həyatı risk altına düşən insanların təxliyəsi üçün çağırışa çıxacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]