Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İnkişaf və innovasiyalar: Süni intellekt və maşın öyrənməsi” - NDU-da beynəlxalq konfrans

Naxçıvan, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Naxçıvan Dövlət Universitetində (NDU) “İnkişaf və innovasiyalar: Süni intellekt və maşın öyrənməsi” adlı I beynəlxalq elmi-praktik konfransın açılışı olub.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfrans NDU, Azərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU), Özbəkistanın Daşkənd Dövlət Texniki Universiteti, Malayziyanın Asya Pasifik Universiteti və Pakistanın Milli Elm və Texnologiya Universitetinin birgə təşkilatçılığı, bir sıra xarici və respublika universitetlərinin iştirakı ilə hibrid formada keçirilib.

İki gün davam edəcək konfransın əsas məqsədləri süni intellekt və maşın öyrənməsi sahəsindəki ən son tədqiqat və texnoloji yenilikləri təqdim etmək, müxtəlif sahələrdə real tətbiq nümunələrini nümayiş etdirməkdir. Eləcə də konfrans məlumatın keyfiyyəti, modelin izah edilə bilməsi, miqyaslana bilməsi kimi əsas məsələləri araşdırmaq, süni intellekt dövründə inkişafı dəstəkləmək üçün akademiya, sənaye və hökumət arasında əməkdaşlığı təşviq etməyə hədəflənib.

NDU-nun rektoru Elbrus İsayev çıxışında konfransı aktual və müzakirəsi zəruri olan süni intellekt yönündə tədqiqatçıları, sahə mütəxəssislərini, alimləri bir araya toplayan mühüm beynəlxalq forum adlandırıb. Rektor bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının strateji inkişaf planında kadr potensialının təkmilləşdirilməsində ixtisasları gələcəyin bacarıqları ilə zənginləşdirmək və yeni ixtisaslar açmaq prioritetdir.

O, NDU-da ilin əvvəlində robot moderator qadının təqdimatında “Süni intellekt: nəzəriyyədən praktikaya” II beynəlxalq elmi konfransı keçirildiyini xatırladıb, eləcə də universitetdə tədris olunan ixtisaslarda süni intellektin seçmə fənn olaraq şaxələndirildiyini qeyd edib. Rektor “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə NDU–da İnnovasiyalar Mərkəzinin açılışına diqqət çəkib və müxtəlif innovativ layihələrin həyata keçirildiyini vurğulayıb. Dünyanın Texnologiya lideri olan IBM-lə NDU arasında əməkdaşlıq müqaviləsinə əsasən istifadəyə verilən IBM Mərkəzi, hazırda tikintisi davam edən Texnologiyalar Parkı haqqında məlumat verilib.

Rektor irəlidə IBM İnstitutunun, tələbələrin IBM sertifikatı əsaslı təlimlərdə iştirakının, Kulturologiya Mərkəzinin də yaradılmasının planlaşdırılan tədbirlər sırasında olduğunu qeyd edib.

ATU-nun rektoru Vilayət Vəliyev vurğulayıb ki, konfrans qlobal əhəmiyyətli mövzuya həsr olunub, 13 ölkədən 200-ə yaxın məqalə daxil olub. İlkin mərhələdə 135 məqalə seçilib, bu məqalələr dəyərləndirildikdən sonra müxtəlif beynəlxalq elmi platformalarda çap olunacaq. Vilayət Vəliyev vurğulayıb ki, konfransda geniş coğrafiyadan iştirakçılar var və tədbirin uğurla təşkili də böyük məsuliyyət, həmçinin peşəkarlıq tələb edir. Bu mənada Naxçıvan Dövlət Universitetinin belə mühüm tədbirə ev sahibliyi təqdirəlayiqdir. Çünki süni intellekt və maşın öyrənməsi yalnız avtomatlaşdırmanı və qərarvermə proseslərini təkmilləşdirmir, eyni zamanda, insanların məlumatlarla, sistemlərlə və bir-biriləri ilə qarşılıqlı əlaqə qurma tərzini də dəyişdirir. “Mühüm akademik dəyərləndirmələri bir araya toplayan konfrans süni intellekt yönündə yeni təşəbbüslərin də ortaya çıxmasına imkan verən olduqca önəmli platformadır”, - deyə o qeyd edib.

Düzcə Universitetinin rektoru Nedim Sözbir konfransda iştirakdan məmnunluğunu ifadə edib, burada yeni ideyaların paylaşılması, problemlərin müzakirəsi və mühüm yeniliklərin təşviqi yönündə önəmli fikirlər səslənəcəyinə əminliyini bildirib. O, səhiyyə, təhsil, nəqliyyat, istehsalat və maliyyə kimi müxtəlif sahələrdə hər gün yeni layihələrlə həyatımıza daxil olan süni intellektə dair ali təhsil ocaqlarında belə tədbirlərin keçirilməsini günün tələbi olduğunu söyləyib.

MDU-nun rektoru Anar Eminov çıxışında Naxçıvan Dövlət Universitetinin süni intellektlə bağlı maarifləndirmə işində ölkədə nümunəvi ali təhsil müəssisələrindən olduğunu vurğulayıb, konfransın tədqiqatçıların bilik və təcrübələrini bölüşməsi, yeni tədqiqat istiqamətlərinin təməlinin qoyulması baxımından əhəmiyyətli tədbir olduğunu deyib. Təqdim edilən məqalələrin tədqiqatlar aparmaq, kadrlar hazırlamaq, süni intellekt ekosisteminin formalaşmasına dəstək baxımından əsaslı mənbə olacağını bildirib.

Sonra Pakistanın Milli Elm və Texnologiya Universitetinin prorektoru Osman Həsən “Süni intellekt sistemləri vasitəsilə neyromorfik davamlı öyrənmə üçün effektiv təkrar yaddaşa əsaslanan metodologiya”, Budapeşt Korvinus Universitetinin Maliyyə İnstitutunun direktoru Kata Varadi “Mürəkkəb svop opsionlarının qiymətləndirilməsində süni intellektdən istifadə”, Belarusiya Dövlət İnformatika və Radioelektronika Universitetinin kafedra müdiri Boiprav Olga “Materialların mikrodalğadan qorunma effektivliyini proqnozlaşdırmaq üçün fizika-əsaslı neyron şəbəkələrə əsaslanan müasir yanaşma” mövzularında çıxış ediblər. Səsləndirilən fikirlərdə natiqlər məlumat mübadiləsindən əlavə olaraq, daha ağıllı, daha səmərəli və daha inklüziv rəqəmsal gələcək qurmağa töhfə verəcək uzunmüddətli tərəfdaşlıqlara və innovativ fikirlərə ilham verməyi əsaslandıran çağırışlara diqqət çəkiblər.

Sonra qonaqlar NDU-da İnnovasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır