İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİL PARLAMENTİN NÖVBƏTİ İCLASINDA HESABAT VERƏCƏKDİR
Milli Məclisdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 245 səhifədən ibarət olan məruzə artıq deputatlara paylanmışdır və sənəd ətrafında dinləmələr parlamentin növbəti iclasında keçiriləcəkdir.
İllik məruzənin birinci fəsli Azərbaycanda insan hüquqlarının müdafiəsi sisteminə, bu sahədə həyata keçirilmiş hüquqi islahatlara, respublikamızın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gələn tələblərin milli qanunvericilikdə təsbit edilməsinə və ölkəmizin Avropa Şurasına üzv olması ilə əlaqədar öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə həsr edilmişdir. İkinci və üçüncü fəsillərdə ombudsman təsisatının tarixindən, onun hüquqi dövlətdəki rolundan, müvəkkilin insan hüquqlarının bərpası üzrə fəaliyyətinin nəticələrindən bəhs edilir. Məruzədə, həmçinin insan hüquqları sahəsində müvəkkilin dövlət orqanları ilə əməkdaşlığından, insan hüquqlarının təmin edilməsi, əhalinin hüquqi maarifləndirilməsi, ölkədə insan hüquqlarına hörmət mühitinin yaradılması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində mövcud olan çətinliklər də öz əksini tapmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]