İNSAN ORQANİZMİ ÜÇÜN TƏHLÜKƏLİ OLAN MÜXTƏLİF ÇEŞİDLİ MALLAR MƏHV EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 26-da Azərterminal Kompleksinin Məhvetmə Komissiyası və Dövlət Gömrük Komitəsi nümayəndələrinin iştirakı ilə ölkəmizə qaçaqmal yolu ilə gətirilən, ümumi sayı 299 min 260 qutu, o cümlədən Rusiya və Ukrayna istehsalı olan 18 min 186 qutu “LD” əmtəə nişanlı tütün məmulatı insan orqanizmi üçün təhlükəli və tərkibində radialoji, toksikoloji maddələr yüksək olduğuna görə məhv edilmişdir.
Bundan əlavə, gömrük əməkdaşlarının müsadirə etdikləri diozepam dərman preparatları, həmçinin 16,9 kiloqram qida əlavələri, 43,56 kiloqram kürü, 23 min 997 ədəd pirotexniki vasitə, spirtli içkilər, müxtəlif markalı etiketlər, dərman preparatları üçün boş qutular, boş kürü qabları, alkoqollu içkilərə aid saxta aksiz markaları, araq şüşəsi qapaqları və internet kartlarının da istifadəyə yararsızlığı təsdiq olunaraq yandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]